Aİ-yə yeni üzvlər 2030-a qədər qəbul oluna bilər
"2030-cu ilə qədər Avropa İttifaqına (Aİ) Albaniya, Moldova, Ukrayna və Monteneqro kimi bir sıra yeni ölkələrin qoşulması mümkündür".
TodayPress TV xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Aİ-nin diplomatik xidməti rəhbəri Kaya Kallas bildirib.
Kallasın sözlərinə görə, yeni ölkələrin 2030-cu ilə qədər Aİ-yə qoşulması real məqsəd kimi qiymətləndirilir.
O qeyd edib ki, hazırda ən yüksək üzvlük perspektivləri məhz bu dörd ölkəyə aiddir. Kallas əlavə edib ki, Ukraynanın Aİ-yə daxil olması ölkə üçün “vacib təhlükəsizlik təminatı” rolunu oynamalıdır.
Qiymət Mahir