Aİ Türkiyəyə ilk hərbi müşavir təyin etdi
Avropa İttifaqı Türkiyəyə ilk hərbi müşavir təyin edib.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd edilib ki, Avropa İttifaqı bu ayın əvvəlində ilk dəfə olaraq Türkiyədəki missiyasına hərbi müşavir təyin edib.
Türkiyə də qarşılıqlılıq prinsipi əsasında Aİ-dəki missiyasına hərbi müşavir təyin edə biləcək.
Vurğulanıb ki, Aİ Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyin yollarını axtarır.