Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır
Dünya
16.12.2025 10:24
Avropa Komissiyası Rusiyanı danışıqlar masasına gətirmək məqsədilə yeni sanksiyalar paketi üzərində işləyir.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, Rusiyanın Avropa İttifaqındakı aktivləri dondurulmuş vəziyyətdə qalacaq. Onun sözlərinə görə, Aİ müharibəni dayandırmaq üçün təzyiqləri artırmaqda qərarlıdır.
Fon der Lyayen qeyd edib ki, əsas hədəf uzunmüddətli atəşkəsə nail olmaqdır və Rusiya real nəticələr üçün danışıqlara məcbur edilməlidir. Bu məqsədlə Avropa Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini davam etdirəcək.
Avropa Komissiyasının rəhbəri sülh prosesində digər vacib istiqamətlər kimi Ukrayna üçün təhlükəsizlik zəmanətlərini və ölkənin iqtisadi bərpasını da vurğulayıb. O, ərazi məsələlərinin isə Ukraynanın özü tərəfindən həll edilməli olduğunu bildirib.
Türkan İsgəndərli
tag: Aİ,Rusiya,Ukrayna,Sanksiya,Todaypress.tv,
