Aİ Ermənistana viza planını təqdim etdi
Dünya
05.11.2025 12:16
Avropa İttifaqı (Aİ) Ermənistana viza rejiminin liberallaşdırılması ilə bağlı fəaliyyət planını təqdim edib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Avropa Komissiyasının miqrasiya və daxili işlər üzrə baş direktorunun müavini Yohannes Luçnerin İrəvana səfəri zamanı açıqlanıb.
Luçner səfər çərçivəsində Ermənistanın daxili işlər naziri Arpin Sarkisyanla görüşüb. Nazir bildirib ki, Ermənistan bu fəaliyyət planına vətəndaşların hərəkətliliyini artırmaq və ictimai təhlükəsizliyi gücləndirmək məqsədi daşıyan strateji sənəd kimi baxır.
Avropa Komissiyasının nümayəndəsi isə öz növbəsində Ermənistanın bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirib.
Xatırladaq ki, Aİ və Ermənistan arasında viza rejiminin liberallaşdırılması üzrə danışıqlar 2024-cü ilin dekabrında İrəvanda rəsmi şəkildə başlayıb. Görüşlərdə Ermənistan tərəfdən Arpin Sarkisyan, Aİ tərəfindən isə Yohannes Lüxner iştirak edib.
Türkan İsgəndərli
tag: Aİ,Ermənistan,Viza,Plan,Todaypress.tv,
