Ağ Evdən ABŞ-İran gizli sazişi ilə bağlı ŞOK AÇIQLAMA: O sənəd saxtadır!
Ağ Evin kommunikasiya direktoru Stiven Çeunq ABŞ və İran arasında mümkün razılaşma memorandumu kimi təqdim olunan sənədin həqiqi sənədin məzmununa uyğun olmadığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, Çeunq bu barədə “X” hesabında paylaşım edib.
O bildirib ki, CNN tərəfindən əldə edildiyi iddia olunan memorandum layihəsi faktiki anlaşma memorandumunun mətnini və ifadə tərzini əks etdirmir.
“CNN-in əldə etdiyi iddia olunan Anlaşma Memorandumunun mətni real Anlaşma Memorandumunda istifadə olunan dili əks etdirmir”, – deyə Ağ Ev rəsmisi vurğulayıb.
Qeyd edək ki, ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı yayılan məlumatlar fonunda sənədin şərtləri və tərəflərin üzərinə götürəcəyi öhdəliklər geniş müzakirə olunur.