Ağ Ev Kanada təyyarələrinin sertifikatını ləğv etdi

Dünya

30.01.2026 10:22

ABŞ Prezidenti Donald Tramp Kanadada istehsal olunan bütün təyyarələrin ABŞ-dəkı sertifikatlarının ləğv edildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

Ağ Ev lideri bu addımı Kanadanın ABŞ-də yerləşən “Gulfstream Aerospace” şirkətinə məxsus təyyarələri sertifikatlaşdırmaqdan imtina etməsinə cavab olaraq atıb. Tramp, həmçinin Kanadadan idxal ediləcək bütün təyyarələrə 50% həcmində tarif tətbiq olunacağı barədə xəbərdarlıq edib.

"Kanadanın “Gulfstream” 500, 600, 700 və 800 təyyarələrini sertifikatlaşdırmaqdan ədalətsiz, qanunsuz və qətiyyətlə imtina etdiyinə əsaslanaraq, bu günə qədər olduğu kimi, “Bombardier Global Express” təyyarələrini və bütün Kanada istehsalı olan təyyarələri “Gulfstream” tam sertifikatlaşdırılana qədər sertifikatlaşdırılmamış hesab edirik. “Gulfstream” əsas oyunçudur və illər əvvəl sertifikatlaşdırılmalı idi", - deyə o bildirib.

Aysel Mətləb

TodayPress TV

tag: Tramp,Kanada,Gulfstream,Təyyarə,Todaypress.tv,