AEBA İranda nüvə yoxlamalarını bərpa etməyə hazırlaşır

AEBA İranda nüvə yoxlamalarını bərpa etməyə hazırlaşır
26.06.2026 09:25 Dünya

Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) yaxın vaxtlarda İranın nüvə obyektlərində yoxlamaları bərpa etməyi planlaşdırır.

TodayPress TV xəbər agentliyin baş direktoru Rafael Qrossinin sözlərinə görə, ABŞ və İran arasında əldə olunan razılaşmalar çərçivəsində nüvə fəaliyyətinin beynəlxalq yoxlanılması AEBA tərəfindən həyata keçiriləcək.

Qrossi bildirib ki, texniki hazırlıq işləri artıq başlayıb və müfəttişlər qısa müddətdə İranın nüvə obyektlərinə qayıtmağa hazırdır.

Onun sözlərinə görə, AEBA İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının əsasən Fordo və Nətənz nüvə obyektlərində qaldığını hesab edir.

Yoxlamalar zamanı müfəttişlər möhürlərin bütövlüyünü yoxlayacaq və bütün nüvə materiallarının yerində olub-olmadığını təsdiqləyəcəklər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər