ABŞ və Avropa arasında fikir ayrılıqları artır

ABŞ və Avropa arasında fikir ayrılıqları artır
23.05.2025 11:25 Dünya

ABŞ və Avropa ölkələri arasında Ukraynaya dəstək məsələsində fikir ayrılıqları artır. 

TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" yazır.

Bildirilir ki, bu fikir ayrılıqları iyun ayında keçiriləcək G7 və NATO sammitlərində daha da güclənə bilər.

G7 sammiti iyunun 15-17-də Kanadada, NATO liderlərinin görüşü isə iyunun 25-26-da Haaqada baş tutacaq. NATO sammitində Ukraynaya gələcək yardım və Rusiyaya qarşı yeni təzyiq tədbirləri müzakirə olunacaq.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər