ABŞ Suriyadan İraqa minlərlə İŞİD üzvünü köçürdü

ABŞ Suriyadan İraqa minlərlə İŞİD üzvünü köçürdü
13.02.2026 20:50 Dünya

ABŞ Silahlı Qüvvələri Suriyadakı həbsxanalardan təxminən 5700 nəfər İŞİD döyüşçüsünün İraqa köçürülməsi əməliyyatını başa çatdırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. 

Məlumatına görə, əməliyyat 23 gün davam edib. Yanvarın 21-də başlayan proses fevralın 12-də yekunlaşıb. Bu müddətdə Suriyadakı saxlanma məntəqələrindən 5700-dən çox yetkin kişi İŞİD üzvü İraqa aparılıb. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər