ABŞ "SpaceX" ilə müqavilələrə yenidən baxır
ABŞ prezidenti Donald Trampın administrasiyası İlon Maskın rəhbərlik etdiyi "SpaceX" şirkəti ilə federal hökumət arasında bağlanmış bəzi müqavilələrə xitam verilməsini nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Qeyd olunur ki, "SpaceX" bu günə qədər federal müqavilələrdən 20 milyard dollardan çox vəsait alıb. Trampın köməkçiləri aparılan audit zamanı səmərəsiz xərcləri araşdırıblar. Nəticədə, müqavilələrin əksəriyyətinin saxlanılması qərara alınıb.
Mənbələrin bildirdiyinə görə, həmin müqavilələrin çoxu Pentaqon və NASA üçün strateji əhəmiyyət daşıyır.
Türkan İsgəndərli