ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edəcək
Dünya
17.12.2025 13:57
ABŞ Ukrayna ilə bağlı sülh razılaşması əldə olunmayacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır.
TodayPress TV “Bloomberg”ə istinadən xəbər verir ki, yeni məhdudiyyətlər yaxın günlərdə elan oluna bilər.
Bildirilir ki, sanksiyalar Rusiya neftinin daşınmasında iştirak etdiyi iddia edilən “kölgə donanması”na, eləcə də Rusiyanın enerji ehtiyatları ilə bağlı əməliyyatları asanlaşdıran treyderlərə yönələ bilər.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiyaya qarşı istənilən yeni sanksiya Moskva ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşdırılması prosesinə zərər verəcək.
Qeyd edək ki, daha əvvəl ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukraynaya hərbi yardımın artırılması və sanksiyaların sərtləşdirilməsinin münaqişəni avtomatik həll edəcəyi fikrini tənqid etmişdi.
Jalə Rövşən
tag: ABŞ,Rusiya ,Sanksiya ,Ukrayna ,Todaypress.tv,
