ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırladı
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb, lakin onların tətbiqi ilə bağlı heç bir əlamət yoxdur.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, sonuncu əsas sanksiyalar ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən 2025-ci ilin oktyabr ayında “Lukoil” və “Rosneft” şirkətlərini hədəf alaraq tətbiq edilib.
Nəşr yeni sanksiyaların hansı məhdudiyyətləri nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Aysel Mətləb