ABŞ ordusu İranın qayıq və raket buraxılış məntəqələrinə zərbələr endirdi - VİDEO
Amerika qoşunları İranın cənubunda müdafiə xarakterli əməliyyat keçirərək mina yerləşdirməyə çalışan qayıqlar və raket buraxılış məntəqələrini vurub.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
CENTCOM-un sözçüsü, Hərbi Dəniz Qüvvələrinin kapitanı Tim Haukins açıqlamasında deyib ki, zərbələr ABŞ qoşunlarını İran qüvvələrinin yaratdığı təhdidlərdən qorumaq məqsədilə həyata keçirilib.
O əlavə edib ki, ABŞ Mərkəzi Komandanlığı davam edən atəşkəs dövründə təmkin nümayiş etdirərək qüvvələrini müdafiə etməyə davam edir.
Zərbələrin əsasən Hörmüz boğazı yaxınlığında, o cümlədən Bandar Abbas ərazisində endirildiyi bildirilir.
Türkan İsgəndərli