ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
ABŞ-nin Venesueladakı səfirliyi rəsmi olaraq fəaliyyətini bərpa edir.
TodayPress TV bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti "Bloomberg News" agentliyinə məlumat verib.
"ABŞ-nin Karakasdakı səfirliyinin fəaliyyətini bərpa etməsi prezidentin Venesuela üzrə üçmərhələli planının həyata keçirilməsində əsas mərhələdir", - deyə Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott bildirib.
Dövlət Departamentindən qeyd olunub ki, səfirliyin fəaliyyətinin bərpası ABŞ-nin Venesuelanın müvəqqəti hökuməti, vətəndaş cəmiyyəti və özəl sektoru ilə birbaşa qarşılıqlı əlaqə qurmaq imkanlarını gücləndirəcək.