ABŞ-nin "USS Higgins" esminesində yanğın baş verdi
ABŞ-nin Hind-Sakit Okean Komandanlığının məsuliyyət zonasında olan "USS Higgins" esminesinin göyərtəsində yanğın baş verib, xəsarət alanlar barədə məlumat yoxdur.
TodayPress TV xəbər verir ki, bu barədə "CBS News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Yanğının səbəbləri və dəymiş ziyanın miqyası barədə təfərrüatlar məlum deyil.
Gəmilərin izlənilməsi xidməti olan "Marinetraffic"in məlumatına görə, esmines fevral ayında Sinqapur limanında olub.
Qeyd edək ki, "USS Higgins" ABŞ Hərbi Dəniz Qüvvələrinin Asiyadakı iştirakını təmin edən əsas hərbi gəmilərdən biridir.
Aysel Mətləb