ABŞ kəşfiyyatından İsraillə bağlı gözlənilməz xəbərdarlıq
ABŞ kəşfiyyatı ilk dəfə İsraillə bağlı xəbərdarlıq edib.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ kəşfiyyatı İsrailin hər an mövcud razılaşmanı poza biləcək addımlar ata biləcəyini qiymətləndirir.
Məlumata görə, kəşfiyyat qurumları bu ehtimalla bağlı ABŞ Prezidenti Donald Trampın administrasiyasına xəbərdarlıq edərək daha fəal mövqe tutmağı tövsiyə ediblər.