ABŞ İsraildən İordaniyaya təxliyə avtobuslarını işə salır
İranın Ben Qurion hava limanına endirdiyi zərbələrdən sonra ABŞ Dövlət Departamenti İsraildən İordaniyaya amerikalılar üçün təxliyə avtobus reysləri təşkil edib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfirliyinin saytında dərc olunmuş açıqlamada bildirilir.
Diplomatik nümayəndəlik qeyd edib ki, ABŞ Dövlət Departamenti 23 martdan etibarən İordaniyanın Amman Beynəlxalq Hava Limanına avtobus marşrutları açacaq.