ABŞ illər əvvəl oğurlanmış heykəlləri Hindistana qaytardı
Dünya
31.01.2026 12:00
Smitson İnstitutunun Asiya İncəsənəti Milli Muzeyi daxili araşdırma nəticəsində məbədlərdən qanunsuz olaraq çıxarıldığı təsdiqləndikdən sonra üç orta əsr bürünc heykəli Hindistana qaytarıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Independent" qəzeti məlumat yayıb.
Bildirilib ki, söhbət X əsrə aid "Şiva Nataraja", XII əsrə aid "Şiva Somaskanda" və XVI əsrə aid "Sundarar və “Paravai" heykəllərindən gedir.
XX əsrin ortalarında Hindistandan qanunsuz çıxarılan bu sənət nümunələrinin mənşəyi artıq təsdiqlənib. Pondiçerridəki Fransız İnstitutunun 1956-1959-cu illərə aid arxiv sənədləri və fotoşəkilləri bu heykəllərin Tamil Nadudakı məbədlərdən oğurlandığını sübut edib.
İki bürünc heykəl vətənlərinə qaytarılacaq halda, "Şiva Nataraja" Hindistanla uzunmüddətli müqavilə çərçivəsində Vaşinqtonda sərgilənəcək.
Aysel Mətləb
tag: Smitson ,ABŞ ,Hindistan,Şiva Nataraja,Todaypress.tv,
