ABŞ-dən Rusiyaya viza zərbəsi: Alimovun Nyu-Yorka gəlişinə icazə verilmədi

ABŞ-dən Rusiyaya viza zərbəsi: Alimovun Nyu-Yorka gəlişinə icazə verilmədi
26.05.2026 21:30 Dünya

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ABŞ-nin BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün Nyu-Yorka gəlmək istəyən Rusiya xarici işlər nazirinin müavini Aleksandr Alimova viza vermədiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Nebenzya "BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin müdafiəsi və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi" mövzusuna həsr olunmuş BMT TŞ-nin iclasında çıxış edib.

Bu ay BMT TŞ-yə sədrlik edən Çin Xarici İşlər Nazirliyi tərəfindən iclasa dəvət olunan Rusiya xarici işlər nazirinin müavini Alimovun viza müraciətinin ABŞ tərəfindən rədd edildiyini bildirən Nebenzya qeyd edib ki, Rusiya bugünkü iclasda nazir müavini səviyyəsində təmsil olunmalı idi.

Nebenzya ABŞ-nin viza imtinasını tənqid edərək bu ifadələri işlədib:

"Biz bunu təkcə Vaşinqtonun BMT Sazişinə uyğun olaraq bütün üzv dövlətlərin rəsmilərinə istisnasız giriş imkanı təmin etmək öhdəliyinin pozulması kimi deyil, həm də Çinin BMT TŞ-dəki sədrliyinə və bu gün müzakirə olunan mövzuya qarşı nümayiş etdirilən kobud hörmətsizlik kimi qiymətləndiririk".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər