ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO

ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO
31.05.2026 12:00 Dünya

ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində istifadə olunduğu ehtimal edilən gəmiyə zərbə endiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

"Kəşfiyyat məlumatları gəminin Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı ilə bağlı məlum marşrutlar üzrə hərəkət etdiyini və narkotrafik məqsədilə istifadə olunduğunu təsdiqləyib", - deyə paylaşımda bildirilib.

Zərbə nəticəsində üç nəfər həlak olub. ABŞ hərbçiləri arasında isə xəsarət alan olmayıb.

Pentaqonun rəhbəri Pit Heqset 2025-ci ilin noyabrında narkokartellərlə mübarizə məqsədilə "Cənub nizəsi" ("Southern Spear") əməliyyatının başladığını elan etmişdi.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər