ABŞ-də işsizlik müavinətinə müraciətlərin sayı artdı
Son 1 həftə ərzində işsizlik müavinətinə ilk dəfə müraciət edənlərin sayı əvvəlki həftəyə nisbətən 11 000 nəfər artaraq 235 000-ə yüksəlib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Əmək Nazirliyi məlumat yayıb.
İşsizlik müavinətlərindəki bu tendensiya həm ictimai rifaha, həm də makroiqtisadi sabitliyə təsir edir. Mütəxəssislər iş yerlərini diqqətli addım atmağa və davam edən tariflər fonunda kütləvi işdən çıxarma siyasətinə əl atmamağı tövsiyə ediblər.
Töhfə Səməd