ABŞ-də 10 mindən çox uçuş təxirə salındı
ABŞ-nin Orta Qərb və Şimal-Şərq ştatlarında hökm sürən əlverişsiz hava şəraiti nəticəsində 10 mindən çox uçuş gecikdirilib.
TodayPress TV xəbər verir ki, bu barədə "FlightAware" portalı məlumat yayıb.
Bildirilib ki, 29-30 dekabrda ümumilikdə daha 1900 uçuş ləğv olunub. Milli Meteorologiya Xidməti bölgədə güclü qar yağışı və şiddətli küləklərin müşahidə edildiyini açıqlayıb. Xüsusilə İllinoys ştatının Çikaqo şəhərində küləyin sürəti bəzi ərazilərdə saatda 25 milə çatıb.
Pis hava şəraiti təkcə hava nəqliyyatına deyil, quru nəqliyyatına da ciddi təsir göstərib. Bir sıra yol-nəqliyyat hadisələri qeydə alınıb, yolların hərəkət qabiliyyəti məhdudlaşıb.
Türkan İsgəndərli