88 ölkə ABŞ-yə poçt xidmətlərini dayandırdı
88 ölkə yeni tariflər səbəbindən ABŞ-yə poçt xidmətlərini dayandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ümumdünya Poçt İttifaqı (UPU) məlumat yayıb.
ABŞ aşağı dəyərli mallar üçün rüsum ödənişindən azadolmanı ləğv etdikdən sonra, 88 poçt operatoru ölkəyə poçt göndərişlərinin bir hissəsini və ya hamısını dayandırması barədə Ümumdünya Poçt İttifaqına məlumat verib.
Bu, avqustun 29-dan etibarən ABŞ-yə poçt trafikinin 81 % azalmasına səbəb olub.