6 milyarddan 120 milyarda: Beynəlxalq banklarda bloklanan İran pullarını kim xərcləyəcək?
İranın dondurulmuş aktivlərindən necə istifadə etməsinə dair şərtlərin qoyulması məsələsi danışıqların mürəkkəb tərəfi olub.
TodayPress TV xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının rəhbəri məlumat yayıb.
O bildirib ki, bu dondurulmuş aktivlərin necə xərclənəcəyi mərkəzi bankın qərarları və rəhbərliyi ilə müəyyən olunacaq.
Qeyd olunub ki, danışıqların ilk günlərindən etibarən söhbət, ABŞ sanksiyaları nəticəsində müxtəlif beynəlxalq hesablarda dondurulmuş 6 milyard dollarla 25 milyard dollar arasında İran aktivindən gedirdi.
Daha geniş mənzərəyə baxdıqda isə bilirik ki, beynəlxalq hesablarda bloklanmış 100-120 milyard dollar dəyərində dondurulmuş aktiv var.
Bu, müharibə təzminatları, sanksiyalar, həmçinin neft ixracına qoyulan məhdudiyyətlər kimi bir çox digər məsələlərlə yanaşı, fikir ayrılığı yaradan əsas nöqtələrdən biridir.