4 min voltluq cərəyan vurdu, amma sağ qaldı
Moskvanın Stupino şəhərində həkimlər 4 min voltluq elektrik cərəyanının vurduğu kişini xilas ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə “360.ru” Moskva vilayəti Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Kişi xəstəxanaya huşsuz vəziyyətdə gətirilib, dərhal anesteziologiya və reanimasiya şöbəsinə yerləşdirilib. Məlum olub ki, elektrik boşalması birbaşa onun beynindən keçib. Pasiyent süni tənəffüs aparatına qoşulub və həyati funksiyaların qorunması üçün təcili intensiv müalicəyə başlanılıb.
Şöbə müdirinin sözlərinə görə, kişi artıq bir gün sonra özünə gəlib və vəziyyəti stabilləşib. Bundan sonra zərərçəkən süni tənəffüs aparatından ayrılıb və müalicəsinin davam etdirilməsi üçün digər ixtisaslaşmış şöbəyə köçürülüb.
Aysel Mətləb