180 humanitar yardım yük maşını Qəzzaya daxil oldu
180 humanitar yardım yük maşını Qəzza zolağına daxil olub.
TodayPress TV xəbər verir ki, bu barədə Misirin "Əl-Qahira əl-İxbariya" telekanalı məlumat yayıb.
Yardım maşınları Qəzzaya “Zikim” və “Kerem Şalom” sərhəd-keçid məntəqələri vasitəsilə daxil olublar. Nəqliyyat vasitələrinin un, ərzaq məhsulları və dərman preparatları daşıdığı bildirilir.
Humanitar yardımın bölgədəki vəziyyətin az da olsa yüngülləşdirilməsi məqsədi daşıdığı qeyd olunub.
Töhfə Səməd