Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi - YENİLƏNDİ

Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi - YENİLƏNDİ
17.09.2026 16:50 Daxili siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər.

TodayPress TV xəbər verir ki, “Moderngroup” MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinci xanıma hoteldə yaradılmış şərait barədə məlumat verdi.

Bildirildi ki, Pirqulu qəsəbəsində inşa edilən hotel Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında yerləşir. Ərazisi 16 hektar olan kompleksə 2 hotel binası daxildir. Binalardan biri 188, digəri isə 172 yerlikdir. Burada müxtəlif kateqoriyadan 175 nömrə və 2 kottec var. Bu isə eyni vaxtda hoteldə 366 qonağın qalmasına imkan verir. Kompleksdə restoranlar, kafelər, görüş və təlimlər üçün 160 yerlik zal mövcuddur. Ərazidə 600 nəfərlik konqres binası, uşaq əyləncə mərkəzi, amfiteatr yaradılıb.

Qeyd edək ki, Azərbaycanda turizm sektorunun davamlı və hərtərəfli inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Vətənimizin zəngin təbii resursları, qədim tarixi-mədəni irsi və nadir iqlim müxtəlifliyi ilə yanaşı, turizm sənayesinin inkişafı ilə bağlı dövlət səviyyəsində görülən işlər Azərbaycanı dünyanın hər yerindən olan turistlər üçün cəlbedici ölkəyə çevirib.

TodayPress TV

***

14:42

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

FOTOLAR

Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi - YENİLƏNDİ — 1
Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi - YENİLƏNDİ — 2
Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi - YENİLƏNDİ — 3
Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi - YENİLƏNDİ — 4
Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi - YENİLƏNDİ — 5
Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi - YENİLƏNDİ — 6
Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi - YENİLƏNDİ — 7
Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi - YENİLƏNDİ — 8
Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi - YENİLƏNDİ — 9
XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər