Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət etdilər

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət etdilər
26.05.2026 19:48 Daxili siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ilə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkərana səfəri zamanı şəhid Ülfət Babazadənin ailəsini ziyarət ediblər.

TodayPress TV xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva Vətən müharibəsi şəhidi Ülfət Babazadənin xatirəsini ehtiramla yad edib, qəhrəmanımızın həyatı, döyüş yolu, eləcə də ailənin qayğı və ehtiyacları ilə maraqlanıblar.

Qeyd edək ki, Ülfət Qabil oğlu Babazadə Lənkəran rayonunun Daştatük kəndində anadan olub. O, Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında torpaqların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Ülfət Babazadə Xocavənd, Kəlbəcər və Şuşa istiqamətlərində aparılan döyüşlərdə igidlik göstərib. O, 2020-ci il noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 Bütün Xəbərlər