Bakıda Türk dünyasının qadın təşkilatları arasında görüş keçirildi - FOTOLAR

Bakıda Türk dünyasının qadın təşkilatları arasında görüş keçirildi - FOTOLAR
20.03.2025 12:00 Tədbirlər

2025-ci il martın 20-də İçərişəhərdə "Beynəlxalq Humanistika İnstitutu" İctimai Birliyinin sədri Elmira Məhəddinli və birliyin nümayəndələri ilə Türk Dünyası İş Qadınları Platformasının (TÜDİP) sədri Gülnur Kamaşak və platformanın nümayəndələri arasında görüş keçirilib.

TodayPress TV xəbər verir ki, görüş zamanı Türk dünyası çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, qadınların ictimai və sosial təşəbbüslərdə rolunun gücləndirilməsi, eləcə də gələcəkdə birgə layihə və tədbirlərin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və yeni əməkdaşlıq təşəbbüslərinin təməli qoyulub.

Görüşün sonunda TÜDİP-in sədri Gülnur Kamaşak tərəfindən platformanın rəmzi döş nişanı "Beynəlxalq Humanistika İnstitutu" İctimai Birliyinin sədri Elmira Məhəddinliyə təqdim edilib.

FOTOLAR

Bakıda Türk dünyasının qadın təşkilatları arasında görüş keçirildi - FOTOLAR — 1
Bakıda Türk dünyasının qadın təşkilatları arasında görüş keçirildi - FOTOLAR — 2
XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər