Azərbaycan Avropa ilə Asiya arasında rəqəmsal körpü olur: Bu layihə ilə…
“Hazırda Xəzər dənizinin dibi ilə Azərbaycan və Qazaxıstan arasında çəkilən Trans-Xəzər fiber-optik kabeli Avropa ilə Asiya arasında yeni və yüksək tutumlu rəqəmsal bağlantı yaradacaq”.
TodayPress TV xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bunu 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AİF 2026) çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu layihə Azərbaycanın qərbində yaradılmış bağlantı infrastrukturu ilə birlikdə məlumat mərkəzləri və süni intellekt infrastrukturu sahələrinə investisiyaların cəlb edilməsi üçün rəqabətqabiliyyətli imkanlar yaradacaq.
“Kapital baxımından məqsəd tərəfdaşlarımızla riskləri bölüşməkdir. Azərbaycan bir sıra tərəfdaş ölkələrlə birgə investisiya fondları yaradıb və çoxtərəfli investisiya platformalarında iştirak edir”, – M.Cabbarov bildirib.
Qiymət Mahir