Yeni radar avtomobilləri arxadan da çəkəcək ? - VİDEO
“Beton yol” kimi tanınan Zığ-Hövsan-Hava limanı yolunda yeni texniki vasitələr quraşdırılıb.
TodayPress TV xəbər verir ki, məlumata görə, yolda yeni quraşdırılan radarların digərlərindən fərqli olaraq avtomobili ön tərəfdən deyil, arxadan çəkdiyi deyilir.
Bu səbəbdən sürücülər ilk başda radarları görə bilmirlər və ərazidən sürətlə keçirlər.
Sürücülərdən yol hərəkəti qaydalarına ciddi əməl etmələri tələb olunur və sürət həddinə diqqət etmələri tövsiyə edilir.