WUF13-də rekord rəqəmlər: Bakıda minlərlə avtobus səfəri təşkil olundu

WUF13-də rekord rəqəmlər: Bakıda minlərlə avtobus səfəri təşkil olundu
20.05.2026 11:16 Cəmiyyət

Azərbaycanın ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qonaqların və tədbir iştirakçılarının "Neoplan" markalı və elektrikli avtobuslarla rahat, fasiləsiz və təhlükəsiz daşınması təmin edilir.

Bu barədə TodayPress TV-yə AYNA-dan məlumat verilib.

Bildirilib ki, forumda iştirak üçün Azərbaycana gələn qonaqların daşınması Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilir. WUF13 çərçivəsində ümumilikdə 9 HUB, 2 son məntəqə və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərir

Forumun keçirildiyi 3 gün ərzində (17-19 may tarixinlərində) HUB-lar və tədbir məkanı arasında avtobuslarla 3 260 səfər yerinə yetirilib və 56 858 sərnişin daşınıb.

Ümumilikdə isə tədbirlə bağlı daşımalar başlayandan (12-19 may tarixlərində) hava limanı, HUB-lar və tədbir məkanı arasında avtobuslarla 5 555 səfər yerinə yetirilib və 68 263 sərnişin daşınıb. Daşımalara ümumilikdə 180 avtobus cəlb olunub.

Qeyd edək ki, sözügedən marşrutların idarə olunması və nəqliyyat əməliyyatlarının icrası AYNA-nın Monitorinq Mərkəzi tərəfindən 24/7 rejimində izlənilir. Nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün sürücü və idarə heyəti də daxil olmaqla 1500-ə yaxın əməkdaş prosesə cəlb olunub.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Bütün Xəbərlər