Tikilməkdə olan bina uçmağa başlayıb - VİDEO

Tikilməkdə olan bina uçmağa başlayıb - VİDEO
29.07.2026 11:50 Cəmiyyət

Sumqayıt şəhərinin 4-cü məhəlləsində yerləşən mərkəzi ərazilərdən birində inşa olunan yeni çoxmərtəbəli yaşayış binasında təhlükəli anlar yaşanıb. Ölkə ərazisində əsən güclü külək tikilməkdə olan binanın eyvanını və divarlarını dağıdıb.

TodayPress TV xəbər verir ki, jurnalist Aidə Eyvazlı bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.


O əlavə edib ki, uçulan kərpic və tikinti materalları qarşıdakı yaşayış evlərinin üstünə tökülüb:

“Sumqayıtda mərkəzi məhəllələrdən birində 4-cü məhəllədə tikilən binanın eyvanı və divarları güclü küləkdən uçularaq qarşıdakı evlərin üstünə tökülüb. Binanı tikənlər deyir ki, təbii fəlakətdir. Təbii fəlakət 1949–1952-ci ildə tikilən binalara təsir etmir, yeni tikiliyə isa təsir edir. Bu binanı yararsız bina kimi istifadəyə vermək olmaz. İndi fəhlələr məftillə divarları bağlayır ki, uçulmasın”.

Qeyd edək ki, məsələ ilə bağlı News365.az-a açıqlama verən Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev sözügedən hadisədən xəbərsiz olduqlarını bildirib: "Bizə bu barədə hər hansı məlumat daxil olmayıb".

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər