Sumqayıt ŞİH-nin iki vəzifəli şəxsi işini itirdi

Sumqayıt ŞİH-nin iki vəzifəli şəxsi işini itirdi
04.02.2026 11:44 Cəmiyyət

Sumqayıt Şəhər İcra Hakimiyyətinin (İH) iki əməkdaşı vəzifəsindən azad olunub.

TodayPress TV xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, icra hakimiyyətində aparılan struktur dəyişikliyi nəticəsində İH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi ləğv edilib, nəticədə qurumun baş məsləhətçisi Rəhimdil Əhmədov postunu itirib.

Həmçinin qurumda aparılan struktur və kadr islahatları nəticəsində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsi də ixtisar olunub.

Həmin vəzifədə uzun müddət çalışan Sevindik Əzimov da işdən azad edilib.

Hər iki şəxsin yeni vəzifəyə təyin edilib-edilmədiyi məlum deyil.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər