Şəhid Elçin Həsənlinin adı əbədiləşdirildi – Abşeronda yeni mərkəz açıldı
Abşeron rayonunda şəhid Elçin Həsənlinin adını daşıyan Tədris və Erkən Müdaxilə Mərkəzinin açılışı olub.
TodayPress TV xəbər verir ki, açılış mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə iştirak edib.
Mərkəzdə 50 nəfərədək uşaq tədrisə cəlb olunub.
Kəmalə Ağazadənin müraciəti, Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə üç uşaq mərkəzdə pulsuz tədris alacaq.
Xatırladaq ki, mərkəzin adını daşıyan Elçin Həsənli 44 günlük Vətən müharibəsi qəhrəmanıdır. O, 8 noyabr 2020-ci il tarixində Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.