Sahibkarlara kompensasiya ödənilə bilər?

Sahibkarlara kompensasiya ödənilə bilər?
18.12.2025 17:41 Cəmiyyət

Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək. 

Bu halda belə bir sual yaranır: qanun qüvvəyə minməzdən əvvəl həmin məhsulların satışı ilə məşğul olan və hazırda mağazalarında satılmamış mal ehtiyatı qalan sahibkarların aqibəti necə olacaq?

Bu barədə TodayPress TV-yə danışan iqtisadçı Akif Nəsirli bildirib ki, qanun qüvvəyə minməzdən əvvəl elektron siqaretlərin satışı ilə məşğul olmuş və mağazalarında mal qalmış sahibkarlar üçün xüsusi keçid müddəti, dövlət tərəfindən geri alınma mexanizmi və ya kompensasiya nəzərdə tutulmayıb:


"Yəni qanunda açıq şəkildə "qanundan əvvəl idxal edilmiş və satılmamış mallara görə kompensasiya ödənilir" kimi müddəa yoxdur. Bu qadağalar mülkiyyətin müsadirəsi deyil, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi kimi qiymətləndirilir. Dövlət malları birbaşa sahibkardan almadığı və ya müsadirə etmədiyi halda, kompensasiya öhdəliyi yaranmır. Qanun qüvvəyə mindikdən sonra isə bu məhsulların saxlanılması və satışı hüquqi risk yaradacaq".

Akif Nəsirli əlavə edib ki, mövcud qanun layihəsinə əsasən, qanundan əvvəl idxal edilmiş elektron siqaretlərə görə sahibkarlara kompensasiya ödənilməsi nəzərdə tutulmur. Bu yalnız qanuna ayrıca dəyişiklik edildiyi və ya xüsusi keçid-kompensasiya mexanizmi əlavə olunduğu halda mümkün ola bilər.

Qeyd edək ki, qanun layihəsi 2026-cı il 1 fevral tarixindən qüvvəyə minəcək və bu tarixədək məhsulların dövriyyəsi qanuni sayılır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Bütün Xəbərlər