Qubada qədim yəhudi qəbiristanlığı rəqəmsallaşdırılacaq

Qubada qədim yəhudi qəbiristanlığı rəqəmsallaşdırılacaq
22.08.2025 01:44 Cəmiyyət

Qubada Qırmızı Qəsəbədə qədim yəhudi qəbiristanlığının rəqəmsallaşdırılması üzrə elmi-tədqiqat ekspedisiyasına start verilib.

TodayPress TV-nin xəbərinə görə, Qubada yerləşən və XVIII əsrin sonlarından bu günə qədər qorunub saxlanılan yəhudi qəbiristanlıqlarının sistemli şəkildə öyrənilməsi, yəhudi irsinin qorunması, rəqəmsallaşdırılması və gələcək nəsillərə ötürülməsi məqsədini daşıyan layihə Dağ Yəhudiləri Dini İcmasının və STMEGI Beynəlxalq Xeyriyyə Fondunun dəstəyi ilə Yəhudiliyin Tədqiqi Mərkəzi “Sefer” tərəfindən həyata keçirilir. Ekspedisiyada dünyanın müxtəlif ölkələrindən gəlmiş 15 nəfərlik mütəxəssis qrupu iştirak edir.

Tədqiqatlar nəticəsində bütün məzarların dəqiq planının hazırlanması, baş daşlarının şəkillərinin, ölçülərinin, məzmunlarının və yerləşmə koordinatlarının vahid elektron sistemə daxil edilməsi nəzərdə tutulur. Həmçinin qəbiristanlığın dəqiq xəritəsinin çıxarılması, məzar daşlarının foto və ölçü çəkilişləri, ivrit dilindəki yazıların deşifrə edilməsi və dəfn yerlərinin elektron bazaya daxil edilməsi planlaşdırılır.


Qeyd edək ki, hazırda Qubada ümumilikdə 15 hektar ərazini əhatə edən 3 yəhudi qəbiristanlığı mövcuddur. Burada 3000-dən artıq məzar daşı qorunub saxlanılır. Layihə yalnız Azərbaycanın deyil, ümumilikdə Qafqaz regionunun yəhudi irsinin qorunması baxımından da əhəmiyyətli sayılır.

Məlumat üçün bildirək ki, “Sefer” Mərkəzi 2018–2020-ci illərdə Rusiya Yəhudi Konqresinin dəstəyi ilə Cənubi Dağıstanda oxşar ekspedisiyalar həyata keçirib. Həmin araşdırmalar nəticəsində Arak, Mamraç, Abasav, Xancalqala, Karçaq və digər kəndlərində 12 dağ yəhudi qəbiristanlığı öyrənilmiş, 1400-dən çox məzar daşı sənədləşdirilmişdir. Tarixi məlumatlara əsasən, Karçaq kəndindən olan yəhudi ailələrinin əksəriyyəti təqribən 200 il əvvəl Qırmızı Qəsəbəyə köç edənlərdir.

Ekspedisiyanın nəticəsi olaraq hazırlanacaq elektron kataloq vasitəsilə dünyanın müxtəlif ölkələrində yaşayan Quba mənşəli yəhudilər öz əcdadlarının məzarlarını tapmaq, başdaşlarını görmək və ailə tarixləri ilə bağlı daha geniş məlumat əldə etmək imkanı qazanacaqlar.

XƏBƏR LENTİ
01 IYUN 2026
Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Bütün Xəbərlər