Qazilərlə görüş keçirilib
2023-cü il avqustun 25-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihəsi çərçivəsində 44 günlük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.
TodayPress TV xəbər verir ki, görüş “Beynəlxalq Humanistika İnstitutu” İctimai Birliyinin sədri Elmira Məhəddinli və birliyin üzvlərinin iştirakı ilə baş tutub.
Səmimi şəraitdə keçirilən görüşdə qazilərin Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda göstərdikləri şücaət və qəhrəmanlıqdan bəhs olunub, onların döyüş yolu ehtiramla yad edilib.
Görüşdə Vətən uğrunda sağlamlığını itirən qazilərə daim diqqət və qayğı göstərilməsinin cəmiyyətin mənəvi borcu olduğu vurğulanıb.
Tədbir zamanı qazilərin fikirləri dinlənilib, onlara dərin hörmət və minnətdarlıq ifadə olunub.