Qarabağda “Son zəng” həyəcanı: məzunlar məktəblə vidalaşdı

Qarabağda “Son zəng” həyəcanı: məzunlar məktəblə vidalaşdı
13.06.2026 13:08 Cəmiyyət

Xankəndi, Xocalı və Ağdərə şəhərlərində fəaliyyət göstərən məktəblərdə “Son zəng” tədbirləri keçirilib.

TodayPress TV xəbər verir ki, Qarabağ bölgəsində təhsil alan məzunlar müəllimləri və sinif yoldaşları ilə birlikdə məktəb illəri ilə vidalaşıblar.

Tədbirlər zamanı Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub. Şagirdlər müxtəlif musiqi və bədii kompozisiyalar təqdim edib, müəllimlər isə məzunlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Qeyd olunub ki, uzun fasilədən sonra doğma torpaqlarında təhsil alan ilk nəsillərin məzun olması Qarabağ üçün xüsusi əhəmiyyət daşıyır.

Qiymət Mahir


XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər