Qanun imzalandı: Miras ilə bağlı mülki mübahisələrə son qoyulur?

Qanun imzalandı: Miras ilə bağlı mülki mübahisələrə son qoyulur?
10.07.2025 14:42 Cəmiyyət

"Son illər daha çox müşahidə edilən miras ilə bağlı mülki mübahisələr və məhkəmə işləri kəskin azalacaq."

TodayPres TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Belə ki, son illər dünyasını dəyişmiş şəxslərin övladları arasında mirasa – yəni əmlak və sərvətə sahib olmaqla bağlı mübahisələrin sayında artım müşahidə olunurdu. Bəzən bu mübahisələr övladlar arasında nəsil çəkişmələrinə də səbəb olurdu.

Deputatın sözlərinə görə, sözügedən qanunverici aktlarda edilən dəyişikliklərə əsasən, mirasdan imtina yalnız bütün vərəsələrin mirasdan imtina etdiyi halda rəsmiləşəcək.

"Yəni, vərəsələrdən hər hansı birinin mirasla bağlı iddia irəli sürməməsi, onun mirasdan imtina etdiyi anlamına gəlməyəcək. Dəyişikliklər birmənalı şəkildə mirasın qəbulu mexanizminin təkmilləşdirilməsinə xidmət edir. Əvvəllər mirasın qəbulu ilə bağlı qanunvericilikdəki bəzi ziddiyyətlər varislər arasında mülki mübahisələrin yaranmasına səbəb olurdu. Mirasla bağlı vərəsənin susması – yəni mirası qəbul və ya imtina etməməsi – onun mirasdan imtina etdiyi kimi qiymətləndirilirdi və bu da sonradan mübahisələrə yol açırdı."

Parlamentari vurğulayıb ki, Azərbaycan Prezidentinin təsdiqlədiyi son dəyişikliklər mülkiyyət hüququnun konstitusion təminatının möhkəmləndirilməsinə, həmçinin mirasın qəbulu institutunun tələblərinin daha da təkmilləşdirilməsi və dəqiqləşdirilməsinə xidmət edir.

"Əvvəlki qanunvericiliyə əsasən, vərəsələrin heç biri mirası qəbul etmədikdə, əmlak xəzinəyə keçirilirdi. Təsdiqlənmiş dəyişikliklərə görə isə bu yalnız bütün vərəsələrin mirasdan imtina etdiyi halda baş verir. Sadə dillə desək, dünyasını dəyişmiş şəxsin mirasına vərəsələrdən heç biri iddia etmədikdə, bu vəziyyət avtomatik olaraq mirasdan imtina kimi qiymətləndirilirdi. Yeni qaydalara görə isə bu yalnız vərəsələrin rəsmi şəkildə mirasdan imtina etməsi ilə baş verir.

Eyni zamanda, əgər vərəsə mirasın qəbulundan imtina etməzsə, miras onun tərəfindən qəbul edilmiş sayılır. Vərəsə, mirasdan imtina müddəti başa çatmadan, notariusa müraciət edərək mirasın siyahıya alınmasını tələb edə bilər. Müraciət daxil olduğu gündən etibarən 2 ay müddətində miras siyahıya alınmalıdır.

Miras açıldıqdan sonra vərəsənin dünyasını dəyişməsi və onun vərəsəsinin ilkin miras qoyandan pay almaq hüququ da qanunvericilik baxımından təkmilləşdirilib və mirasın qəbulu müddətləri ilə məhdudlaşdırılmır. Lakin mirasın siyahıya alınması üçün nəzərdə tutulan müddət, mirasdan imtina müddəti ilə məhdudlaşdırılır və daha əlverişli qaydalar müəyyən olunur. Dəyişikliklərə əsasən, əgər ölmüş vərəsənin varisinin mirasdan imtina üçün müəyyən olunmuş müddəti 3 aydan azdırsa, həmin müddət 3 ayadək uzadılır."

Millət vəkili əlavə edib ki, vacib dəyişikliklərdən biri də vərəsələrin kreditorlar qarşısındakı öhdəlikləri ilə bağlıdır. Belə ki, dünyasını dəyişmiş şəxsin kredit borcları ilə bağlı öhdəlikləri də aydın şəkildə bölüşdürülür. Yeni dəyişikliklərə əsasən, mirasın siyahısı notarius tərəfindən təsdiqləndikdə, vərəsələr yalnız mirasdan əldə etdikləri aktivlər həddində kreditorlar qarşısında məsuliyyət daşıyırlar.

"Miras şəriklərinə vərəsəlik şəhadətnaməsinin verilməsi mexanizmləri də təkmilləşdirilib. Belə ki, notarius vərəsəlik şəhadətnaməsini təqdim edərkən, vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin payı barədə məlumatı da sənəddə qeyd edir. Bu, mirasdan imtina etməyən, amma şəhadətnamə almaq üçün müraciət etməmiş vərəsələrin hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Bütövlükdə, yeni dəyişikliklərin mirasa sahiblikdə vərəsələrin hüquqlarının daha yaxşı qorunmasına və mülki mübahisələrin sayının azalmasına xidmət edəcəyi gözlənilir", – deyə Vüqar Bayramov qeyd edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Torpaq, Mülki Prosessual və Mülki Məcəllələrdə, "Notariat haqqında" və "İcra haqqında" qanunlarda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Türkan İsgəndərli

FOTOLAR

Qanun imzalandı: Miras ilə bağlı mülki mübahisələrə son qoyulur? — 1
XƏBƏR LENTİ
05 IYUN 2026
Açıqlandı: Rusiya 2028-ə qədər Baltik ölkələrinə girəcək 09:43 Ukrayna dayanmır – Luqansk alovlar içində qaldı 09:41 Qonşu ölkə tarixi köklərinə qayıtdı - Rəsmən Qurultay sisteminə keçdi 09:45 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ! 09:36 Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO 09:21 İş bitdi: Ukrayna Rus cəbhəsini ikiyə bölür - Milyona yaxın əsgər... 09:08 Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı 09:00 ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Bütün Xəbərlər