Şəhidlərimizin əmanətləri məzun oldu... – Polad Həşimov və Arəstə Baxışovanın övladlarının FOTOSU

Şəhidlərimizin əmanətləri məzun oldu... – Polad Həşimov və Arəstə Baxışovanın övladlarının FOTOSU
13.06.2026 13:43 Cəmiyyət

Milli Qəhrəman Polad Həşimovun oğlu Teymur Həşimov və şəhid Arəstə Baxışovanın oğlu Mərdan Məmmədli bu il məzunlar sırasında yer alırlar

TodayPress TV xəbər verir ki, bu barədə Polad Həşimovun xanımı Ofelya Salmanova öz sosial şəbəkə hesabında paylaşım edib.

O paylaşımında Teymur Həşimov və Mərdan Məmmədlinin timsalında bütün məzunlara təbrik mesajı ünvanlanıb.

Qeyd edək ki, bu gün ölkənin bütün ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbirləri keçirilir.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər