Fevralda neçə gün evdəyik?

Fevralda neçə gün evdəyik?
02.02.2026 09:27 Cəmiyyət

Azərbaycan hökuməti 2026-cı ilin istehsalat təqvimini təsdiq edib.

TodayPress TV demokrat.az-a istinadən xəbər verir ki, Fevral ayı 28 təqvim günündən ibarət olacaq və bu ay üçün xüsusi bayram qeyri-iş günü müəyyən edilməyib.

Beləliklə, fevralda yalnız həftəsonları ( şənbə və bazar günləri ) qeyri-iş günləri sayılır.

Qeyd edək ki, İslam təqviminə görə bu il Ramazan ayı Azərbaycanda 18 fevral 2026-cı il tarixində başlayacaq və 19 martda başa çatacaq.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər