Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
17.05.2025 14:51 Cəmiyyət

Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Məlumatına əsasən Azərbaycanın rayonlarında mayın 19-u gündüz şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. 

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər