Bakının təbii fəlakətlərə davamlılıq indeksi: Su, daşqın, zəlzələ bizə təsir göstərə bilər?

Bakının təbii fəlakətlərə davamlılıq indeksi: Su, daşqın, zəlzələ bizə təsir göstərə bilər?
18.05.2026 16:22 Cəmiyyət

Son aylarda gördüyümüz kimi, Azərbaycan güclü yağışlara hazır deyil. Bakıda və digər şəhərlərdə hər güclü yağışdan sonra su basması adi hala çevrilib. Bunun səbəbi yalnız təbiət deyil, infrastrukturun köhnəlməsi, drenaj sistemlərinin yetersizliyi və bəzi yerlərdə qanunsuz tikintilərdir. Sel zamanı evlərə dəyən ziyan əksər hallarda sığorta ilə qarşılanır, amma icbari əmlak sığortası hələ də tam tətbiq olunmur.

Digər ölkərdəki kimi olmasa da, ölkəmizdə də zəlzələ baş verir. Hələ ki, ciddi fəsadlar olmayıb, amma olacağını istisna etməmək düzgün deyil. Azərbaycanda tarixən də bu cür hadisələr olub və tikinti qaydaları buna uyğunlaşdırılıb. 2009-cu ildə qəbul edilmiş AzDTN (Azərbaycan Tikinti Normaları) zəlzələyə davamlılıq standartlarını müəyyənləşdirir. Bu norma əvvəlki Sovet sistemini əvəzləyərək Avropa, Yapon, Amerika standartları ilə müqayisədə oxşar xüsusiyyətlər daşıyır. Praktikada bunun nə qədər faydalı olduğunu, güclü zəlzələyə necə dözəcəyini bilmirik.

Amma problem yalnız yeni tikililərdə deyil. Sovet dövründə inşa olunmuş çoxmərtəbəli binalar, kəndlərdəki köhnə evlər və özbaşına tikililər zəif qalır. 

Dünyada təbii fəlakətlərə davamlı mənzil məsələsi uzun illərdir müzakirə olunur. Dünya Bankı və BMT-nin məlumatlarına görə, son 25 ildə fəlakətlər 1,3 milyon insanın həyatına son qoyub və böyük iqtisadi itkilərə səbəb olub. Zəlzələlər bütün fəlakətlərin cəmi 4%-ni təşkil etsə də, ölüm hallarının 60%-nə səbəb olur. Yoxsul ölkələrdə və yoxsul əhalinin yaşadığı ərazilərdə itkilər daha ağırdır.

Yaponiya bu sahədə liderdir. Orada binalar "rəqs edən" texnologiyalarla (base isolation, amortizatorlar) tikilir və güclü zəlzələlərdə belə minimal ziyan görür. Çili də oxşar standartlara malikdir və eyni güclü zəlzələlərdə Türkiyə və ya digər ölkələrlə müqayisədə qat-qat az itki verir. Türkiyədə isə 1999-cu il zəlzələsindən sonra qaydalar sərtləşsə də, icra zəif qalır. Yaxın keçmişdə baş verən zəlzələ də buna sübutdur. 6 fevral 2023-cü il tarixində Türkiyənin cənub-şərqində baş vermiş 7.7 və 7.6 maqnitudalı dağıdıcı zəlzələlər "Əsrin fəlakəti" olaraq tarixə düşüb. Episentri Kahramanmaraş olan təbii fəlakət 11 vilayətə ciddi ziyan vurub, 53 mindən çox insan həyatını itirib.

Sel və daşqınlara qarşı davamlılıq isə daha zəifdir. Dünya Bankının qlobal qiymətləndirmələrində 22 ölkə araşdırılıb və məlum olub ki, selə qarşı strukturlu tədbirlər çox azdır, zəlzələ və külək üçün isə xəritələr hər yerdə yenilənmir. Mediaya nəzər yetirsək, bir çox ölkədə daşqın və sel nəticəsində ölənlərin sayının çox olduğunu görə bilərik.

Ölkəmizdə daşqınların fəsadlarının qarşısını almaq üçün icra mexanizmlərini gücləndirmək, kəndlərdə və köhnə fondda audit aparmaq, sel riski olan ərazilərdə drenaj və yaşıl infrastruktur inkişaf etdirmək lazımdır. 

Qeyd edək ki, Azərbaycanda WUF13 (BMT-nin Ümumdünya Şəhərsalma Forumu) keçirilir. Tədbirə dünyanın bir çox ölkəsindən nümayəndə və rəsmilər gəlib. Əsas məqsəd mənzil böhranını həll etmək, dayanıqlı və inklüziv şəhərlər qurmaq, həmçinin qlobal şəhərsalma siyasətini formalaşdırmaqdır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
31 MAY 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 Bütün Xəbərlər