Ağdamda Zəfər Gününə həsr olunmuş dəyirmi masa keçirildi

Cəmiyyət

08.11.2025 18:10

İşğaldan azad olunmuş Ağdam şəhərində 8 Noyabr - Zəfər Günü ilə əlaqədar dəyirmi masa keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Dəyirmi masada çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından danışıblar. Bildirilib ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu tərəfindən cəmi 44 gün davam edən Vətən müharibəsində azad olundu, tarixi ədalət bərpa edildi.

Xalqımız Şuşa şəhərinin işğaldan azad edildiyi 8 Noyabr tarixini - Zəfər Gününü qürurla qeyd edir. Zəfər Günü Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir. Bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur.

TodayPress TV

tag: Dəyirmi masa , Ağdam ,8 Noyabr - Zəfər Günü,Qələbə,Todaypress.tv,