İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu

İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 18-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü olub.

TodayPress TV xəbər verir ki, dövlətimizin başçısı bu ilin aprelində Gürcüstana dövlət səfərini məmnunluqla xatırladı, bu səfərin münasibətlərimizin möhkəmlənməsi işinə verdiyi töhfəni qeyd etdi. Prezident İlham Əliyev bu gün imzalanacaq sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətinə toxundu.

Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən qonaq Azərbaycanda olmaqdan xüsusi məmnunluq hissi keçirdiyini dedi.

Prezident İlham Əliyevə Gürcüstana dövlət səfəri etdiyinə görə minnətdarlığını bildirən İrakli Kobaxidze bu səfərin hər kəsdə dərin təəssüratlar oyatdığını vurğuladı.

Qonaq Azərbaycan ilə Gürcüstanın bir çox ölkələr üçün bağlantılar baxımından vacib rol oynadığını qeyd etdi və gələcəkdə bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinin önəminə toxundu.

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentini təbrik edən İrakli Kobaxidze tədbirin dünya şəhərsalma gündəliyini müzakirə etmək üçün yaxşı platforma olduğunu dedi.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.

Görüşdə ölkələrimiz arasında mehriban qonşuluq və dostluğa əsaslanan münasibətlərin bir çox istiqamət üzrə dinamik inkişafına toxunuldu, ikitərəfli gündəliyimizin çox geniş olduğu qeyd edildi. Siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat, logistika, sərmayələr və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirildi. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin möhkəmlənməsində rolu vurğulandı.

Sonra Prezident İlham Əliyevin və Baş nazir İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş, Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş və “Bakı–Tbilisi–Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalandı.

TodayPress TV

ФОТО

İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu — 1
İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu — 2
İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu — 3
İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu — 4
İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu — 5
İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu — 6
İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu — 7
İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu — 8
İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu — 9
ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Все новости