İlham Əliyev BMT Baş katibinin müavinini qəbul etdi

İlham Əliyev BMT Baş katibinin müavinini qəbul etdi
21.05.2026 19:24 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də BMT Baş katibinin müavini Amina Mohammedi qəbul edib.

TodayPress TV xəbər verir ki, dövlət başçısı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının keçirilməsi ilə bağlı göstərdiyi dəstəyə görə BMT rəhbərliyinə minnətdarlığını bildirdi, tədbirin uğurlu olması üçün Azərbaycan Hökumətinin və BMT-nin Məskunlaşma Proqramının bir komanda kimi fəaliyyət göstərdiyini dedi.

WUF13-ün COP29-dan sonra iştirakçı sayına görə ölkəmizdə keçirilən ikinci mühüm qlobal tədbir olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev COP29 kimi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının da uğurla təşkil edildiyini vurğuladı.

Dövlət başçısı Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini deyərək, ölkəmizin gələcəkdə də bu Proqramla tərəfdaşlığını davam etdirəcəyini və Ümumdünya Şəhərsalma Forumunun digər sessiyalarının işində də fəal olacağını bildirdi.

Amina Mohammed BMT-nin Baş katibi Antonio Quterreşin salamlarını dövlətimizin başçısına çatdırdı.

Salamlara görə minnətdarlığını bildirən Prezident İlham Əliyev onun da salamlarını Antonio Quterreşə çatdırmağı xahiş etdi.

WUF13-ün uğurla keçdiyini deyən Amina Mohammed bununla bağlı dövlətimizin başçısını təbrik etdi. O, bu tədbirdə dünyanın müxtəlif ölkələrindən çox sayda yüksək səviyyəli qonağın iştirak etməsinin dərin təəssürat hissi yaratdığını bildirdi.

Amina Mohammed Bakıda müasir şəhərsalma qaydaları tətbiq olunmaqla tarixi irslə müasirliyin vəhdətinin təmin edildiyini məmnunluqla vurğuladı və bildirdi ki, bu, paytaxtımıza xüsusi gözəllik verir.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə postmünaqişə şəraitində həyata keçirdiyi bərpa və quruculuq işlərinin postmünaqişə vəziyyətindəki regionlar üçün bir nümunə olduğu bildirildi və bu xüsusda ölkəmizin təcrübəsinin BMT çərçivəsində digər ölkələrlə bölüşməsinin faydalı olacağı vurğulandı.

Azərbaycanın "ASAN xidmət" modelinin BMT-nin dövlət xidmətləri mükafatına, həmçinin BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görüldüyü xatırlandı, "ASAN xidmət"in uğurlu təcrübə kimi Afrika və Asiyanın müxtəlif ölkələrində tətbiq olunduğu qeyd edildi.

Söhbət zamanı Azərbaycanla BMT arasında uzun illərdir uğurlu əməkdaşlığın həyata keçirildiyi və ölkəmizin bu təşkilatın fəal üzvü olduğu, onun proqram və tədbirlərinin icrasına mühüm töhfələr verdiyi vurğulandı. İndiyədək BMT-nin müxtəlif mövzulara aid beynəlxalq tədbirlərinin Azərbaycanda yüksək səviyyədə təşkil olunması məmnunluqla xatırlandı.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Все новости