Ukraynanın yeni Baş naziri Yuliya Sviridenko kimdir? - DOSYE

Ukraynanın yeni Baş naziri Yuliya Sviridenko kimdir? - DOSYE
17.07.2025 16:31 Dünya

Ukrayna parlamenti Ali Rada  iyulun 17-də ölkənin yeni Baş naziri vəzifəsinə Yuliya Sviridenkonun namizədliyini təsdiqlədi. Səsvermədə 262 deputat lehinə, 22-si əleyhinə səs verdi, 26 nəfər isə bitərəf qaldı. Bu təyinatla Sviridenko ölkə tarixində Yuliya Timoşenkodan sonra ikinci qadın Baş nazir oldu.

TodayPress TV xəbər verir ki, yeni hökumətin formalaşması əvvəlki Baş nazir Denis Şmıqalın istefasından sonra baş verdi

Prezident Volodimir Zelenski Şmıqalı müdafiə naziri vəzifəsinə namizəd kimi irəli sürüb.

Yuliya Sviridenko indiyədək ölkənin iqtisadiyyat naziri və birinci vitse-premyeri vəzifəsində çalışıb. Ekspertlər onun bu təyinatını prezident administrasiyasının rəhbəri Andrey Yermakın siyasi dəstəyi ilə əlaqələndirirlər.

Siyasi karyerası və iqtisadi təcrübəsi

1985-ci ildə Çerniqov şəhərində anadan olan Yuliya Sviridenko iqtisadiyyat üzrə ali təhsil alıb və dövlət idarəçiliyi sahəsində ixtisaslaşıb. O, özəl sektorda çalışmaqla yanaşı, dövlət xidmətində də müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2015-ci ildən Çerniqov vilayət administrasiyasında müxtəlif postlarda çalışıb, daha sonra isə prezident ofisində iqtisadi məsələlər üzrə rəhbər vəzifələrdə olub. 2021-ci ildə iqtisadiyyat naziri təyin edilərək, əmək, sənaye və qiymət siyasəti sahələrinə rəhbərlik edib.

Sviridenko 2025-ci ildə ABŞ ilə nadir torpaq metallarına dair resurs sazişini imzalayan əsas fiqurlardan biri olub. Saziş son anda Tramp və Zelenski arasında gərginliyə baxmayaraq reallaşmış və Ukraynanın iqtisadi müstəqilliyi ilə bağlı geniş müzakirələrə səbəb olmuşdu.

Yermakın təsiri və gözlənilən dəyişikliklər

Yeni hökumətin formalaşması fonunda Zelenskinin ofisinin rəhbəri Andrey Yermakın rolu xüsusi vurğulanır. Ukrayna mediası Sviridenkonun siyasi yüksəlişində Yermakın həlledici dəstəyini qeyd edir. Bildirilir ki, Yermakın təsiri ilə yeni nazirlər kabinetində bir neçə struktur birləşdirilə, bəzi nazirlər isə vəzifədən uzaqlaşdırıla bilər.

Britaniyanın “The Economist” və “Financial Times” nəşrləri yazır ki, Yermak Ukrayna daxilində siyasi qərarların 85 faizinə nəzarət edir və Baş nazirin təyinatı da onun nəzarətindədir. Müxalif deputatlar isə bildirirlər ki, Sviridenkonun Baş nazir postuna gətirilməsi ilə Yermak faktiki olaraq hökumətə rəhbərlik edəcək.

Analitiklər hesab edir ki, bu dəyişikliklər Ukraynada mümkün növbədənkənar seçkilərə hazırlıqla bağlıdır və Zelenskinin özünə tam loyallıq göstərən komanda formalaşdırmaq niyyətindən xəbər verir.

Qiymət Mahir

XƏBƏR LENTİ
03 IYUN 2026
U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq 15:01 Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Xarici dövlətlərin kəşfiyyat orqanlarının Azərbaycanda təxribat törətməsinin qarşısı alan qurum - Prezident fərmanında 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 DSX sərhədi pozan nigeriyalıları saxladı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər: “Azərbaycanlılar şəhərə girəndə…” 12:15 Əlilləri incidən Bakı keçidləri - AAYDA isə deyir ki... 12:09 Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Bütün Xəbərlər