ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında
ABŞ administrasiyası Omandan İranla münasibətlərinə yenidən baxmağı və Tehrana qarşı daha sərt mövqe tutmağı tələb edir.
TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Vaşinqton son vaxtlar Omanın İran ilə yaxın əlaqələrini narahatlıqla izləyir. Məlumatda bildirilir ki, bəzi ABŞ rəsmiləri Omanın İranla əməkdaşlığını ölkənin regional siyasətində problemli amil kimi qiymətləndirirlər.
Mənbələrin sözlərinə görə, ABŞ tərəfi Omana qarşı sanksiyalar tətbiq edilə biləcəyini gündəmə gətirib. Bununla belə, Oman hakimiyyəti İranla birlikdə Hörmüz boğazından keçidlərə görə rüsum toplamaq planları barədə iddiaları dəfələrlə təkzib edib.
Qəzet qeyd edir ki, Oman rəsmiləri Vaşinqtonun son mövqeyindən narahatdır və ABŞ ilə münasibətlərdə yaranmış gərginliyə cavab variantlarını müzakirə edirlər.
Eyni zamanda, nəşrin məlumatına görə, sərt bəyanatlara baxmayaraq, ABŞ Prezidenti Donald Tramp administrasiyasının Omana qarşı hərbi əməliyyat keçirmək planı yoxdur.
Türkan İsgəndərli