Pinqvinlərin köməyi ilə zəhərli maddələr aşkar etdilər

Pinqvinlərin köməyi ilə zəhərli maddələr aşkar etdilər
11.05.2026 07:00

Tədqiqatçılar Magellan pinqvinlərinin əiştirakı ilə Argentinanın ən ucqar cənub ərazilərində təhlükəli "əbədi kimyəvi maddələr" tapıblar. Bunun üçün mütəxəssislər quşlara su, hava və müxtəlif səthlərdən kimyəvi birləşmələri özünə çəkən xüsusi silikon halqalar taxıblar.

TodayPress TV xəbər verir ki, bu məlumatı CNN yayıb.

Kaliforniya Universitetinin vəhşi təbiət üzrə baytarı Ralf Vanstrels bildirib ki, mütəxəssislər ekoloji çirklənmə səviyyəsini yoxlamaq üçün çoxdan fərqli metodlar axtarışında idilər. O, insanların nümunə toplamaq məqsədilə istifadə etdiyi qolbaqlardan yararlanmaq qərarına gəlib. Bu fikrini o, Baffalo Universitetinin tədqiqatçısı Diana Aqa ilə bölüşərək birgə işə başlayıb.

Üç mövsüm davam edən tədqiqatlar zamanı elmi qrup 55 pinqvindən nümunə götürüb. Halqaların 90 faizindən çoxunda bir çox müasir məişət məhsullarında tətbiq edilən sintetik kimyəvi maddələr qrupu - polifüoralkil birləşmələr (PFAS) aşkarlanıb. Yüksək istiliyə dözümlü olan PFAS-ın təbii yolla parçalanması çox çətindir. Bu maddələr xərçəng xəstəliyi də daxil olmaqla, ciddi sağlamlıq problemlərinə yol aça bilir.

PFAS konsentrasiyası yüksək olmasa da, alimlər tərəfindən mütəmadi olaraq qeydə alınıb. Vanstrels vurğulayıb: "Bu fakt göstərir ki, hətta əhalinin az yaşadığı, ən ucqar bölgələrdə belə heyvanlar davamlı olaraq bu cür zərərli maddələrin təsirinə məruz qalırlar".

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 Все новости